Məsud Özil Almaniya yığmasını tərk etdi: “Türklüyə ehtiram göstərilməməsi bardağı daşıran son damla oldu”

Məsud Özil Almaniya yığmasını tərk etdi: “Türklüyə ehtiram göstərilməməsi bardağı daşıran son damla oldu”

Türk əsilli Alman futbolçu Məsud Özil son dövrdə baş verən hadisələrdən dolayı Alman Milli Komandanı buraxdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Məsut Özil yaşanan son hadisələrdən sonra Almaniya milli komandasının formasını geyinmək istəmədiyini açıqlayın.

“Yaşanan hadisələr sonrasında uzun müddət düşündüm və irqçilik ilə hörmətsizliyi hiss etdiyim üçün  qərara aldım ki,  Almaniya milli komanda formasını geyinməyəcəyəm. Bu formanı böyük bir həyəcanla geyinirdim, ancaq artıq bu vəziyyət belə deyil. Bu qərarı almaq həqiqətən çox çətin idi, çünki komanda yoldaşlarım və Almaniyanın yaxşı insanları üçün meydançada hər zaman hər əlimdən gələni etdim. Federasiya rəsmiləri isə mənim Türk milliyyətimə hörmətsizlik etdi. Eqoistcəsinə davrandılar və məni bir siyasi təbliğata alət etdilər. Artıq kifayətdir. İrqçilik heç bir zaman anlayışla qarşılanmamalıdır. Almaniya üçün etdiklərim unuduldu. Mənə qarşı olan mövqeləri, Türklüyə ehtiram göstərməməsi bardağı daşıran son damla oldu. Qalib gələndə Alman, itirəndə qaçqın oluram. Dostlarım Podolski və Klose, heç bir zaman Polşalı-Alman olaraq görülmədi, mən niyə Türk-Alman olaraq görülmüşəm? Türkiyə olduğu üçün? Müsəlman olduğum üçün”? deyə məhşur futbolçu qeyd edib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər