İsrail ordusu Suriyaya hava zərbələri endirib

İsrail ordusu Suriyaya hava zərbələri endirib

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Masəf şəhərinə hava zərbələri endirib.

Bu barədə SANA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hava zərbələri nəticəsində şəhərə yalnız maddi ziyan dəyib.

İsrail hərbçiləri qonşu ölkənin ərazilərinə mütəmadi zərbələr endirirlər. Suriya ordusunun mövqeləri sonuncu dəfə iyulun 16-da hücumlara məruz qalıb. Bu, Neyrab hava bazasından şimalda baş verib.

İyulun 12-də endirilən hava zərbələrinin hədəfi isə hökumət qüvvələrinin Kuneytr vilayətindəki hərbi obyektləri olub.

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər