Bakıda ilk dəfər: Sərnişinlərə şad xəbər – Foto

Bakıda ilk dəfər: Sərnişinlərə şad xəbər – Foto

Bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir.

Bakı Nəqliyyat Agentliyindən Avropa.info-ya verilən xəbərə görə, Zirə sakinlərinin və bələdiyyəsinin BNA-ya çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.

Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir.

Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər