Bakıda “Şanlıurfadan, Battalqazidən Qarabağa könül körpüsü” toplantısı keçirilib

Bakıda “Şanlıurfadan, Battalqazidən Qarabağa könül körpüsü” toplantısı keçirilib

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Bakıda səfərdə olan Türkiyənın Şanlıurfa böyük şəhər bələdiyyəsinin sədri Nihat Çiftçi, Malatyanın Battalqazı bələdiyyə sədri Səlahəddin Gurkanın iştirakı ilə Yunis Emre İnstitutunda “Şanlıurfadan, Battalqazidən Qarabağa könül körpüsü” toplantısı keçirilib.

Avropa.info xəbər verir ki, Şanlıurfa böyük şəhər bələdiyyəsinin sədri Nihat Çiftçi bildirib ki, Bakıya səfərdə əsas məqsəd Şanliurfa ilə Bakı və Azərbaycanın bölgələri arasındakı əlaqələrin inkişaf etdilməsi yollarını aramaqdan ibarətdir.

Azərbaycanla Şanliurfa arasındakı əlaqələrin inkişafından danışan Nihat Çiftçi deyib ki, Şanliurfada Azərbaycan bulvarı istifadəyə verilib və hazırda Qarabağ parkının açılması istiqamətində iş gedir.

“Çünki Qarabağ bizim ən ağrılı yerimizdir. Qarabağ təkzə Azərbaycanın deyil, eyni zamanda bizim də problemimizdir. Qarabağ qəlbimizdə yaşatmaq üçün belə bir park qurmaq barədə qərar vermişik. Hazırda parkın tikintisi gedir və Qarabağ parkının tikintisi sentyabr ayında başa çatacaq. Azərbaycan bulvarı və Qarabağ parkının açılışı oktyabr ayında olacaq. Hesab edirəm ki, Şanlıurfada Azərbaycan bulvarını və Qarabağ parkının açılışı iki ölkə və Şanlıurfa ilə Bakı arasında əlaqələrin inkişafına vəsilə olacaq”- bələdiyyə sədri olub.

Bakıda keçirdikləri görüşlər barədə danışan N. Çiftçi bildirib ki, Şanlıurfa tarixində Azərbaycanın tarixi izləri mövcuddur: “Bu günə kimi Şanlıurfada Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri qalmaqdadır. Bu dövlətlərdən indiyədək qalan körpü, məscid və binaları insanlar turizm abidələri kimi ziyarət edirlər. Odur ki, mədəni, turizm əlaqələrin inkişaf etdirilməsi çalışmaq lazımdır və bu istiqamətdə müəyyən layihələr həyata keçiriləcək”.

Bələdiyyə sədri azərbaycanlı tələbələrin Şanlıurfa universitetlərində təhsil almasının zəruriliyini dilə gətirib. O, eyni zamanda, əlaqələrin inkişafında mədəniyyət sahəsində qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

Malatyanın Battalqazı bələdiyyə sədri Səlahəddin Gurkan isə bildirib ki, biz “bir millət iki dövlət” prinsipinə əsaslanaraq, əlaqələrin davam etdirməyin vacibləyin danışıb.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər