“Beynəlxalq Statista” portalı dünya liderlərinin telefon danışığını analiz edib.
Avropa.info axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, ABŞ Prezidenti Donald Tramp ən çox fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti aparıb.
Belə ki, 19 aylıq dönəmdə Tramp 40-dan çox ölkə lideri ilə 200-ə yaxın telefon danışığı aparıb.
2017-ci ilin yanvarından 2018-ci ilin iyuluna qədər Rusiya lideri Vladimir Putinin isə ən çox türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
Putin son 18 ayda 28 dəfə Ərdoğanla söhbətləşib.