İspaniyada “rus mafiyası” liderlərinin həbsi – Biri ermənidir (Video)

İspaniyada “rus mafiyası” liderlərinin həbsi – Biri ermənidir (Video)

İspaniya Milli polisi Marbelye şəhərindəki restoranlardan birində “rus mafiyası” liderlərinə qarşı əməliyyat keçirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat zamanı “rus mafiyası”nın liderlərindən biri və iki “vor zakon” həbs edilib. Bu əməliyyat İspaniya polisinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı davam etməkdə olan təqibləri çərçivəsində keçirilib.

Müstəntiqlər saxlanılanlardan birinin dünya miqyasında “rus mafiyasının” üçüncü adamı olduğunu deyirlər. Lakin onların kimliyi açıqlanmır. Saxlanılanların girov əvəzində sərbəst buraxılması hüququ əlindən alınıb, çünki söhbət kifayət qədər təhlükəli cinayətkarlardan gedir. “RİA Novosti” bildirir ki, həbs edilənlər Rusiya vətəndaşları deyilir. Onlardan biri-A.S. Ermənistan vətəndaşıdır, ancaq Litvada yaşayır. İ.P. və L.B. adlı qalan ikisi isə Gürcüstan vətəndaşlarıdır. İspaniyada keçmiş sovet respublikalarından olan kriminal elementlərin qruplaşmalarına adətən “rus mafiyası” deyirlər.

Saxlanılanların üzərindən saxta snədlər tapılıb. Müstəntiqlər bildirir ki, şübhəlilər İspaniyada yeni mütəşəkkil qruplaşma yaratmaq, Rusiyadan bu ölkəyə gəlişi gözlənilən rəqiblərini aradan götürmək istəyiblər. Onlara qarşı adam öldürməyə cəhd və saxta sənədlər əldə etmə ittihamları irəli sürülüb.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər