Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub

Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.


Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər