Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Hindistanın Kerala ştatının müxtəlif ərazilərində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Avropa.info xəbər verir ki, məlumatda, həmçinin 30 turistin Minnarda fəlakət zonasında olduğu qeyd edilir. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirir. Kerala ştatında torpaq sürüşməsinə səbəb çərşənbə günündən bəri yağan güclü yağışlar olub.

Bundan əvvəlki məlumatda 20 nəfərin öldüyü bildirilmişdi. Kerala ştatının rəhbərliyi yerli sakinlərin təxliyəsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə federal hökumətdən yardım istəyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər