ABŞ-ın dolların sabitləşməsi qarşılığında Türkiyədən nə istədiyi bəlli oldu – Casus -keşiş Brunsonun, PKK-çı Demirtaşın azad edilməsi

ABŞ-ın dolların sabitləşməsi qarşılığında Türkiyədən nə istədiyi bəlli oldu – Casus -keşiş Brunsonun, PKK-çı Demirtaşın azad edilməsi

ABŞ-ın CNN telekanalının əməkdaşı Mirgün Cabas, qlobal iqtisadi təcavüz altında olan Türkiyəni dollar ilə təhdid edib.

Avropa.info xəbər verir ki, Cabas  dolların düşməsi qarşılığında dərhal Keşiş Brunson, Osman Kavala, Enes Bərbəroğlu və Səlahəddin Demirtaş kimi agent olmaqda ittiham edilən şəxslərin azadlığa buraxılmasını istəyib.

Tvitterdə yazdığı mesajında Cabas ABŞ-ın Türkiyədən istəklərini dilə gətirərək, dolların qalxmasının siyasi olduğunu etiraf edib.

Qeyd edək ki, CNN telekanalının əməkdaşı Cabas ABŞ-da müxtəlif dairələrə yaxınlığı ilə tanınır. Cabas bir müddət öncə, prokuror Səlim Kirazı qətlə yetirən DHKP-C terror təşkilatının üzvlərini müdafiə etmiş, Beşiktaşdakı terror hadisəsindən sonra, CNN telekanalının efirində Türkiyəni “etibarsız ölkə” elan etmişdi.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər