“ABŞ Rusiyaya qarşı iqtisadi müharibə elan edib, lakin bizim də cavabımız var” – Medvedev dolların süni şəkildə bahalaşdırılması haqda

“ABŞ Rusiyaya qarşı iqtisadi müharibə elan edib, lakin bizim də cavabımız var” – Medvedev dolların süni şəkildə bahalaşdırılması haqda

“Rusiyaya qarşı tətəbiq edilən sanksiyaları iqtisadi müharibənin başlanması kimi dəyərləndirmək lazımdır.”

Avropa.info xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitriy Medvedyev bəyan edib. Medvedev rəsmi Moskvanın buna cavab verəcəyini bildirib.

“Bu müharibəyə qarşı iqtisadi, siyasi və lazım gələrsə digər metdolarla mütləq cavab veriləcək. Bunu bizim amerikalı dostlarımız mütləq başa düşməlidirlər”– D. Medvedyev belə deyib.

Baş nazir deyib ki, sanksiyalar istənilən halda ölkə iqtisadiyyatına və valyutanın artmasına təsir edir. Medvedyev onu da əlavə edib ki, son 100 ildə Rusiyaya qarşı daim sanksiya təzyiqi olub:

“Bu təzyiqləri Rusiyanı beynəlxalq aləmdəki güclü rəqiblər sırasından çıxarmaq üçün edirlər. Lakin bu təzyiqlər nəticəsizliklə sonuclanıb”.

Medvedyev bildirib ki, bu təzyiqlər təkcə Rusiyaya qarşı deyil, digər dövlətlərə qarşı da olur:

“Vaşinqton belə təzyiqləri Çinə də edir. Təbii ki, bu çinlilərin xoşuna gəlmir, ümumiyyətlə heç kimin xoşuna gəlmir. Bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, bütün tədbirlərimizlə buna qarşı dayanaq”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər