Azərbaycanın iki atleti Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın iki atleti Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanlı atletlər Nazim Babayev və Aleksis Kopello Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Hər iki idmançı üçtəkanla uzunluğa tullanma yarışında finala yüksəliblər. Kopello öz qrupunda 16,82 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub. Babayev isə 16,54 metr nəticə göstərərək həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, üçtəkanla tullanma yarışının finalı avqustun 12-də təşkil olunacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər