Salyanda qeyri-adi tapıntı hər kəsi təəccübləndirdi – Video

Salyanda qeyri-adi tapıntı hər kəsi təəccübləndirdi – Video

Salyanın Qırxçıraq kəndində Mirişovlar ailəsinin həyətyanı sahəsində ortaya çıxan tapıntılar böyük marağa səbəb olub.

ARB Tv xəbər verir ki, Qırxçıraq kəndində yaşayan Mirişovlar ailəsinin həyətyanı sahəsində ortya çıxan əşyalar sakinləri heyrətə gətirir. Əvvəllər ərazidən su nogurundan tutmuş çırağa qədər müxtəlif məişət əşyaları tapılırdısa, indi qəbir daşları ortaya çıxıb.

Anaxanım Mirişova (Təsərrüfat sahibi): “Bu yaxınlarda həyətyanı torpaq sahəmizi şumlayarkən kotana ilişdi daş. Çıxartdıq, qıraqları naxışlıdır, başdaşına oxşarlığı da var. Neçənci əsrə aiddir, onu bilmirik”.

Mütəxəssislərin fikrincə, Mirişovlar ailəsinin həyətyanı sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə təsadüf edilir.

Anaxanım Mirişova: “Burda başqa əlavə saxsı qablar, çıraq, su qabı çıxıb. Araşdırsalar, bəlkə də çox şey çıxar”.

Ailə tapılan əyşaları bir yerı yığıb saxlayır. Onlar bu tapıntıların araşdırılaraq, tarixi əhəmiyyətinin öyrənilməsini istəyirlər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər