ABŞ Pakistanla 97 hərbi proqramını dayandırdı – Səbəb

ABŞ Pakistanla 97 hərbi proqramını dayandırdı – Səbəb

ABŞ Dövlət Departamenti Prezident Trampın təlimatına uyğun olaraq Pakistana təhlükəsizlik dəstəyini dayandırıb.

Teleqraf.com xəbər verir ki, indiyə qədər Pakistanla olan 97 hərbi təhsil proqramı ləğv edilib.

“Anadolu” agentliyinə danışan və adını açıqlamayan ABŞ diplomatı bildirib ki, Amerikanın Pakistandan regional təhlükəsizlik və terrorla mübarizə məsələlərində daha çox gözləntiləri olub, lakin bunun qarşılığı verilməyib.

Pakistanın Taliban və Hakkani kimi terrorçu qruplara qarşı qəti addımlar atmadığını və buna görə onun ABŞ-la hərbi proqramlarının dayandırıldığını bildirən diplomat əlavə edib ki, İslamabada mülki yardımlar davam edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər