Tənha tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət etdi

Tənha tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət etdi

İtaliyada tibb bacısı həyatı boyunca topladığı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət edib. Virtualaz.org “il Piccolo” nəşrinə istinadən xəbər verir ki, mirasın həcmi nə az – nə çox, düz 600 min avro təşkil edir.

Triyest şəhərinin xəstəxanasında çalışan Mariya Bolonya ötən il 95 yaşında vəfat edib. O, təhna olub – əri və yeganə oğlu qadından tez dünyalarını dəyişiblər. Bu səbəbdən, tibb bacısı bütün mirasını işlədiyi xəstəxanaya vəsiyyət edib.

Xəstəxana bu pulları 450 şkaflıq yeni qarderobun tikintisinə, yeməkxananın təmirinə, həmçinin infeksion xəstəliklərin müalicəsi üçün qanköçürmə şöbəsinin yeni avadanlıqlarla təchizatına xərcləmək niyyətindədir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər