Yunanıstanda güclü meşə yanğını başladı

Yunanıstanda güclü meşə yanğını başladı

Yunanıstanın Attika vilayətinin şərq hissəsində yerləşən Evbeya adasında güclü meşə yanğını başlayıb.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, yanğın bu gün günorta saatlarında başlayıb və Xalkida şəhərindən şimal tərəfdə yerləşən Kontodespoti kəndini təhlükə altında qoyub.

Güclü külək və isti hava hələlik yanğını söndürməyə imkan vermir. Yerli hakimiyyət yanğına daha yaxın ərazidə yerləşən iki qəsəbənin əhalisini təxliyyə etmək barədə qərar verib.

Xalkida ilə Şimali Evbeya arasında avtomobil hərəkəti dayandırılıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər