“ABŞ addımları dünyadakı liderliyinin qürubunu sürətləndirəcək” – “Financial Times” ABŞ-ın Türkiyəyə sanksiyaları haqda

“ABŞ addımları dünyadakı liderliyinin qürubunu sürətləndirəcək” – “Financial Times” ABŞ-ın Türkiyəyə sanksiyaları haqda

“Vaşinqtonun Türkiyəyə qarşı sanksiyalar son illərdə NATO müttəfiqləri arasında ən ciddi ixtilafın yaranmasına səbəb oldu”.

Avropa.info xəbər verir ki, Britaniyanın “Financial Times” ABŞ-ın Türkiyəyə sanksiyaları ilə bağlı məqalə dərc edib.

Qəzetin yazdığına görə, baş verənlər daha onu göstərir ki, sanksiyalardan sui-istifadə edən ABŞ administrasiyası ölkənin  və əsas müttəfiqlərinin maraqlarının pozulması riskindən ehtiyat edir.

Mətbu orqanı yazır ki, sanksiyalar müasir diplomatiyada əsas rol oynayır və bunlar silahlı gücə əl atmadan təzyiqlər etməsinə imkan yaradır. Sanksiyaların maksimal effektə ancaq düşünülmüş addımlarla, aydın səbəblərlə və müttəfiqlərlə sıx əməkdaşlıq nəticəsində nail olmaq olar. Ağ Ev sanksiyaları təkcə genişmiqyaslı formada yox, eyni zamanda, İrana qarşı necə etdisə, həmin formada birtərəfli qaydada tətbiq edir.

“Financial Times”ın yazdığına görə, bununla da Tramp çox güman ki, zəhmət tələb edən diplomatik strategiyadan istifadə etməyə meyllənməklə nəticələrə daha tez nail olmaq istəyir. Lakin aydın yekun nəticə zamanla yox olur. Bir çox hallarda prezident bunlardan öz elektoratına təsir etmək üçün istifadə edir. Lakin ehtiyatsız sanksiyaların tətbiqi bazarda qeyri-sabitlik yaradar ki, bu da öz növbəsində dünyan iqtisadiyyatı üçün geniş planda gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Qəzet yazır ki, ABŞ-ın bu hərəkətləri müttəfiqlərini ABŞ-ın ağalığına meydan oxuyan Rusiya və Çin kimi dövlətlərin qucağına itələyə bilər.

Moskva yaranmış situasiyadan istifadə edərək, Türkiyə ilə münasibətlərini istiləşdirmək istəyir.

Artıq Çin bu həftə Vaşinqtonun Beynəlxalq Valyuta Fondunun Pakistana yardımına qadağa qoymaq niyyətini açıqladığından sonra İslamabada maliyyə yardımını təklif edib. Təbii ki, Pekinin bütün arzu edənlərin istəyini yerinə yetirə bilməsi mümkün deyil. Lakin Pekin istisna olaraq, Ankaraya belə yardımı edə bilər.

Qəzet yazır ki, Vaşinqton sanksiyaların tətbiqi zamanı ağıllı düşünüb addım atmalıdır. Əks təqdirdə, Vaşinqton mövqelərini möhkəmləndirə bilməyəcək, daha çox ABŞ-ın qlobal siyasi qaydalara və ticarət sisteminə liderliyinin qürubunu sürətləndirəcək.

Hazırladı Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər