Paşinyanın 100 günü və onu gözləyən acı aqibət – Mürtəza Bünyadlının yazısı

Paşinyanın 100 günü və onu gözləyən acı aqibət – Mürtəza Bünyadlının yazısı

Belə bir məhşur deyim var. İnqilab öz övladlarını yeyən vəhşidir. Tarixdə çox zaman belə olub. İnqilab lideri xilas olsa da, onun ətrafındakıların əksəriyyəti reallaşdırdıqları inqilabın qurbanları olub. Bəzən inqilab lideri vəziyyəti düzgün dəyərləndirə bilməyəndə və düzgün taktika seçməyəndə inqilab elə onun özünü də udur.

Bunun bariz nümunəsi kimi kimi 2018-ci ilin mayında Ermənistanda baş verən “Nikol Paşinyan inqilabı”nı göstərmək olar. Paşinyan artıq reallaşdırdığı inqilabın qurbanına çevrilib.

Ermənistanda inqilabı zəruri edən amillər avqustun 18-də Paşinyanın hakimiyyətə gəlişindən 100 gün keçir. İnqilabın ilk günlərində erməni cəmiyyəti eyforiyaya qapılıb. Ermənistanda vəziyyətin düzələcəyinə ümidlər böyük olsa da, həftələr və aylar keçdikcə, cəmiyyətin gözləntisi özünü doğrultmadığından bir sabun köpüyü kimi yoxa çıxmaqdadır. Çünki Nikol Paşinyan cəmiyyətin gözləntisini doğrulda bilmədi. Səbəbə isə Paşinayan hakimiyyət hazır olmaması, dövləti idarə etmək üçün səriştəsizliyi və cəmiyyəti düşdüyü hərtərəfli böhrandan çıxarmaq üçün aydın bir proqramın malik olmamasıdır. Baxmayaraq ki, hakimiyyətə gəlişindən yüz gün keçir, Paşinyanın ölkənin üzləşdiyi durumdan çıxarmaq üçün ortada hər hansı konsepsiya və proqramı yoxdur. Və yaxın günlərdə belə bir proqramın ortaya qoyulacağı görünmür. Demək olar ki, xalqın güzəranın yaxşılaşdırılması istiqamətində hər hansı iş görülməyib.

O zaman sual oluna bilər ki, əgər Nikol Paşinyanın ölkənin düşdüyü durumdan çıxarmaq üçün aydın bir proqramı yox idisə, necə hakimiyyətə gəldi? Qan tökülmədən məxməri inqilab necə baş verdi? Bunun birinci səbəbi 20 ildən artıq müddətdə “Böyük Ermənistan” ideyasını reallaşdırmaq adı altında Azərbaycan torpaqlarını işğal kartı altında hakimiyyətdə olan cinayətkar hərbi xunta və oliqarxların öz erməni xalqına divan tutmaqla, ölkəni sosial, iqtisadi. Siyasi böhrana sürükləmə siyasəti idi.

Himayədarlarnın hərtərəfli dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və bu kartından yararlanan hərbi xunta hakimiyyətə gəlsə də, dövləti idarə etmək, ölkənin üzləşdiyi problemləri həll etmək iqtidarında deyildi. Onsuz da iqtisadi durumu yaxşı olmayan Ermənistan əhalisinin vəziyyəti Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində sosial-iqtisadi böhranla üzləşdi. Ölkə iqtisadiyyatının çöküşü sosial-iqtisadi böhranı sürətləndirdi və əhali vəziyyətdən çıxış yolu kimi canın ölkədən qaçmaqda gördü.

Nəticədə Ermənistanın rəsmi statistikasına görə 1,5 milyon insan ölkəni tərk etmək zorunda qaldı. Ermənistan bölgədə həyata keçirilən enerji, tranzit yükdaşıma, iqtisadi və digər iri transmilli layihələrdən kənarda qaldı.

Ölkəni təcrid siyasəti nəticəsində Ermənistan sosial, iqtisadi və siyasi böhranla üzləşdi. Nəticədə dövlət idarəçiliyində ciddi boşluq yarandı və idarəetmə iflic vəziyyətinə düşdü. Artıq Serj Sərkisyan hakimiyyəti xalqı zor gücünə belə idarə edə bilmədi. Bu isə inqilabı şərtləndirən amillərdən biridir. Hakimiyyət xalqı əvvəlki kimi idarə edə bilmir, xalq da əvvəlki kimi idarə olunmaq istəmir. Nəticə etibarı ilə vətəndaş itaətsizliyinin artması inqilabı zəruri edən əsas amilə çevrildi.

İkinci ən əsas amil isə Serj Sərkisyanın konstitusiyada dəyişiklik edərək parlamentar respublikaya keçidlə hakimiyyəti tamamilə öz əlinə cəmləyən baş nazir institutunu yaratması oldu. Belə ki, yeni baş nazir institutunun əlahiddə səlahiyyətlərə malik olması, hakimiyyətin digər qollarında təmsil olunanların, generalitetin və oliqarxların marağında deyildi. Bu onların maraqlarına zidd olduğundan Serj Sərkisyandan üz çevirdilər. Bu özünü Aram Sərkisyanın aprelin 9-da parlamentdə prezident seçkisi zamanı açıqca büruzə verdi. Belə ki, Aram Sərkisyan prezident seçilib ilk çıxışını edən zaman oliqarxlar və generalitet zalı nümayişkəranə formada tərk etdilər. Bu hadisə dövründə erməni mediasında geniş işıqlandırıldı. Oliqarxların zalı tərk etməsi artıq inqilaba bir işarə idi.

Məhz həmin oliqarxların və generallaırn açıq və gizli dəstəyi nəticəsində aprelin 17-də Serj Sərkisyan baş nazir seçildikdən sonra “Vətəndaş müqaviləsi” partiyasının lideri və parlamentdə ən az deputatla təmin Nikol Paşinyan belində çanta ilə çox az qüvvə ilə hər hansı ciddi müqavimətlə üzləşmədən məxməri inqilabı reallaşdırdı. İnqilabdan gözləntilər xalqın bu hakimiyyət dəyişikliyindən gözləntisi böyük olsa da, Paşinyanın bu ümidləri doğrulda bilmədi. Çünki buna hazır deyildi. Hakimiyəti idarə etmək üçün komandası və qısamüddətli proqrama malik deyildi. Bu müddət ərzində özünə komanda formalaşdıra bilmədi və bu imkanı demək olar ki, əldən verdi.

Hələ bir müddət öncə Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan “1in.am” saytına açıqlamasında Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan ölkədki vəziyyəti dəyərləndirərək bildirib ki, Nikol Paşinyan hələ də gələn təhlükəni dəyərləndirə bilmir: “Hər kəs soruşur ki, 7 milyardlıq xarici borcu kim ödəyəcək? Paşinyanı hakimiyyətə gətirən xalq indi ondan oğurlanmış pullarını istəyir. Serj Sərkisyanı ölkəni inqilab həddinə gətirdiyinə görə bağışlamaq olmaz. Hər bir inqilabın öz dəyəri var və bu dəyər kifayət qədər yüksəkdir. Biz artıq bunu ödəyirik. İnqilab gözləntiləri artırır və bu da sonda inqilabçılar üçün lənətə çevrilir. İnqilab öz övladlarını yeyən vəhşidir. Əgər inqilab məxməridirsə, bu o deməkdir ki, onun bundan sonrakı gedişi də başlanğıcdakı kimi olacaq. Revanşizm təhlükəsi hər zaman mövcuddur”.

Dövlət idarəçilik məsələsində səriştəsizlik, digər tərəfdən ölkədə iki hakimiyyətlilik, yəni prezident və baş nazir institutunun fəaliyyəti idarəetməni tamamilə iflic vəziyyətə saldı. Bu iki hakimiyyət institutu arasında işbirliyinin yaradıla bilməməsi böhranlı vəziyyəti daha da dərinləşdirdi. Bu gün prezident Aram Sərkisyan faktiki olaraq idarəçilikdən kənarda qalıb. Paşinyan isə populist şüarlara söykənərək korrupsiyaya qarşı mübarizə adı altında özünün əsas rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Lakin burada da düzgün siyasi taktika seçə bilmədiyindən ciddi sorunlarla üzləşib. Paşinyan bütün mübarizəsini əsas siyasi rəqibi olan Robert Köçəryanı və onun komandasını sıradan çıxarmağa yönəltsə də, burada ciddi başarısızlıqlara uğradı. Köçəryanı həbsinə nail olsa da, bir neçə gündən sonra Apelyasiya məhkəməso onun barəsində seçilən qətimkan tədbirinin seçilməsini ləğv edərək həbsdən azad etdi. İnqilabın acı nəticələri Paşinyanın inqilabı Ermənistanın suveren, müstəqil dövlət olmadığını, vassal bir ölkə olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Ermənistanın digər bir ölkənin vassalı olması rəsmi formada etiraf olundu. Yeni hakimiyyət Ermənistanın iqtisadiyyatının, enerji sektorunun, təhlükəsizliyinin, müdafiə sahəsinin demək olaraq tamamilə başqa bir ölkənin nəzarətində olduğu etiraf etməklə vassal olduğunu bəyan etdi. Ermənistanı və Paşinyanı nə gözləyir Bir az əvvəl qeyd etdiyimiz kimi inqilab xalqın gözləntilərini doğrultmadığından inqilab onu həyata keçirənləri, başda Nikol Paşinyan olmaqla udacaq. Çünki Paşinyan bu inqilabı ona pərdə arxasında dəstək verən qüvvələr hesabına etdiyi də bəllidir. Əgər bu, belə olmasaydı Paşinyan qısa müddətdə qan tökülmədən Sərkisyanı istefaya məcbur edə bilməzdi. Demək, bu inqilabı reallaşdıran əsas qüvvələr arxa planda olublar. Onlar Paşinyanı aralıq müddət üçün hakimiyyətə gətirməklə özlərini növbəti mərhələyə hazırlamaq olub. Artıq bu qüvvələr tədricən baş qaldırmağa başlayıblar. Elə Robert Köçəryanın həbsi və onun azad edilməsi həmin qüvvələrin revanşı kimi dəyərləndirmək olar.

İndiki mərhələdə Paşinyana əsas rəqib Robert Köçəryan olsa da, qarşıdakı yaxın dönəmdə digər siyasi qüvvələrin səhnəyə çıxaraq mövqelərini ortaya qoyacaq. Hakimiyyətdə də Paşinyan qarşı qüvvələrin formalaşması prosesinin getdiyi barədə erməni mediasında xəbərlər yayılmaqdadır. Bəzi xəbərlərə görə prezident Aram Sərkisyan seçkilərədək yeni partiya yaradacaq. Artıq onun partiya yaradıcılığı istiqamətində işlər apardığı da bildirilir. Növbədənkənar parlament seçkilərinin isə 2019-cu ildə keçirilməsi nəzərdə tutulur. Proseslərin belə sürətlə inkişaf etməsi Paşinyanın parament seçkilərindək hakimiyyətdən getməsini istisna etmir. Çünki Robert Köçəryanın həbsdən azad edilməsindən sonra ölkədə yaranan vəziyyət, həmçinin Moskvanın Paşinyanın hərəkətlərinin narazı qalaraq onu həzm etməməsi əks inqilabı istisna etmir. Proseslər isə sürətlə inkişaf etməsi isə yaxın bir neçə ayda Ermənistanda yenidən hakimiyyət böhranın yaranacağını labüd edir. Onsuz da bu böhran mövcuddur. Ölkədə hakimiyyətsizlik hökm sürməkdədir.

Bir daha qeyd edək ki, Paşinyan heç də Köçəryan-Sərkisyan dövründən qalan komandanı yeniləşdirməyə nə gücü, nə vaxtı, nə də imkanı çatmadı. Nə də bunun üçün yetərincə kadr potensialı yox idi. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda yeni inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş versə belə, ölkədəki böhran həllini tapmayacaq.

Nə qədər ki, erməni cəmiyyətində qonşularla normal münasibət qurulmayıb, qonşu torpaqlarına ərazi iddiasından əl çəkməyib üzləşdikləri sosial-iqtisadi, siyasi böhrandan qurtula bilməyəcəklər. Əgər erməni cəmiyyəti üzləşdikləri problemdən nəticə çıxarmazlarsa, o zaman Ermənistanın tamamilə başqa bir ölkənin subyektinə çevrilmə təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.

Mürtəza Bünaydlı
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər