Cənubi Koreyada şiddətli istilər 48 nəfəri öldürdü

Cənubi Koreyada şiddətli istilər 48 nəfəri öldürdü

Cənubi Koreyada 25 gündür ki, davam edən şiddətli istilər nəticəsində 48 nəfər ölüb.

Avropa.info trend-ə istinadən xəbər verir ki, paytaxt Seuldan 85 kilometr şərqdə yerləşən Honçhon əyalətində temperatur 41 dərəcəyədək qalxıb.

Bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub. Ümumilikdə istidən 4,1 min nəfərin əziyyət çəkdiyi məlumat verilib.

Paytaxt Seulun özündə 600-ə yaxın adam şiddətli istilərlə əlaqədar xəstəxanalara müraciət edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər