Türkiyə ilə Rusiya arasında viza rejimi daha da sadələşdiriləcək

Türkiyə ilə Rusiya arasında viza rejimi daha da sadələşdiriləcək

Türkiyə ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi istiqamətində işlər gedir.

Avropa.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, iş adamlarına, xüsusilə TİR yük avtomobili sürücülərinə və rəsmilərə diplomatik xidməti pasport sahiblərinə vizaların aradan qaldırılması məsələsində danışıqlar aparılır. Nazir bu məsələni Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyəyə səfər zamanı müzakirə etdiyini və prinsipial olaraq razılıq əldə edildiyini bildirib. Nazir deyib ki, Qurban bayramından sonra məsələ ilə bağlı birgə işçi qrupları bir araya gələcək.

“Biz ümumiyyətlə iki ölkə arasında viza rejiminin aradan qaldırılmasının tərəfdarıyıq. Hətta pasportsuz qarşılıqlı səfərlərin tərəfdarıyıq”- Çavuşoğlu belə deyib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər