Ərdoğanla Putin ABŞ-a qarşı yeni güc mərkəzi formalaşdıra bilərmi… – İki dövlət arasında tarixi ziddiyyətlər və uzlaşma (Bizim şərh)

Ərdoğanla Putin ABŞ-a qarşı yeni güc mərkəzi formalaşdıra bilərmi… – İki dövlət arasında tarixi ziddiyyətlər və uzlaşma (Bizim şərh)
ABŞ Yaxın Şərqdəki keçmiş ən nüfuzlu tərəfdaşı Türkiyə ilə bütün körpüləri yandırmağa başlayıb. Söhbət heç də rahib qiyafəsinə girmiş bir kəşfiyyatçının həbsindən də getmir. Məsələ ondadır ki, Ankara uzun müddətdir ki, qərbli müttəfiqlərinə müəyyən məsələlərdə öz strategiyasındakı fərqlilikləri göstərir.
Bu fikir ayrılıqları Türkiyənin özünəməxsus strategiya tətbiq etmək məcburiyyətində qoyub. Lakin Vaşinqton Ankaranı öz vassalına çevirmək istəyir. Türkiyə müstəqil diplomatiyaya üstünlük verir. Türkiyənin xarici siyasət oxunun Rusiya və Asiya dövlətlərinin lehinə dəyişməsini söyləmək yanlış olardı. Bilindiyi kimi, bu səlahiyyətlər arasında bəzi taktiki kompromislər olmasına baxmayaraq Türkiyə ilə Rusiya arasındakı regional problemlərdə dərin siyasi anlaşmazlıqlar var. Bir müddət əvvəl Türkiyənin mövqeyini zəiflətmək məqsədilə Rusiyada, o cümlədən PKK və PYD olmaqla, kürd qüvvələrini dəstəkləmək barədə müzakirələr aparılırdı. Ona görə də, hər iki tərəfin – Türkiyə və Rusiyanın siyasi və təhlükəsizlik məqsədləri fərqlənir.
Bundan əlavə, terror təşkilatı kimi tanınan PYD ABŞ qüvvələri tərəfindən dəstəklənir. ABŞ bu dəstəyin yalnız İŞİD-ı məğlub etməklə bağlı olduğunu bəyan etsə də, PYD-nin Türkiyənin yaxınlığında artan gücü Türkiyə üçün təhlükə yaradır. Türkiyənin parçalanması ABŞ strateqlərinin və prezident Trampın başlıca hədəfidir. Hazırda Vaşinqton üçün Türkiyənin güc olaraq qalması məqbul hesab edilmir. Ankara bu mərhələdə Moskva ilə əməkdaşlığa üstünlük verir. Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya ilə Türkiyənin maraq dairələri üst-üstə düşməyə başlayıb. Həmin maraq dairələrində onlar birbaşa rəqabətə başlayıblar. Bu, normal rəqabətdir. Sadəcə olaraq bu rəqabətin müəyyən sivil formaları tapılmalıdır ki, siyasətdə xüsusi gərginliyə gətirib çıxarmasın. Rusiya Cənubi Qafqazı da sözsüz ki, özünün maraq dairəsinə daxil olan region sayır. Türkiyə isə SSRİ dağıldıqdan sonra bu regionda öz maraqlarını gerçəkləşdirmək istəyir. Və Rusiyada bu fəallaşmaya bir qədər qısqanclıqla yanaşırlar.
Biz eyni şeyləri Yaxın Şərqdə də görürük. Ərdoğan siyasətinin əsas vektorlarından biri də Osmanlı coğrafiyasında Türkiyənin nüfuzunun bərpası məsələsidir. SSRİ uzun müddət Yaxın Şərqdə ən fəal oyunçulardan biri olub. Rusiya da həmin ənənəni davam etdirmək istəyir. Burada isə Türkiyə ilə maraqlar toqquşur. Əslində bir sıra analitiklər hesab edirdilər ki, yeni Türkiyə və yeni Rusiya bu maraqları uzlaşdıra biləcək və hətta birləşərək yeni bir güc mərkəzi formalaşdıra biləcəklər. Bu güc mərkəzi Avropaya, Amerikaya qarşı ola bilər. Ən azından regional səviyyədə Avropanın və Amerikanın müdaxiləsinin qarşısını almaq səviyyəsində ola bilər. Lakin bu ideyanı həyata keçirmək o qədər də asan deyil.
Lakin həm ABŞ, həm də Türkiyə bir-biri üçün nə qədər mühüm olduqlarını anlayır. Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub. Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən tam imtina edə bilməz. Bundan başqa, Türkiyənin regiondakı nüfuzu eyni zamanda onun NATO üzvlüyünə bağlıdır. Trampın hikkəsi isə Ankaranı digər NATO üzvlərinə də rəqibə çevirir. ABŞ dünya hegemonluğuna çalışır. Lakin artıq onun maraqları yalnız Rusiya, Türkiyə ilə deyil, eyni zamanda Avropa ölkələri ilə də toqquşur. Avropa ölkələri Türkiyəyə qarşı savaş açmaq niyyətində deyil. Tramp isə Birləşmiş Ştatları İsrailin “əl uşağı”na çevirmək niyyətindən daşınmır…
Avropa.infonun ekspert qrupu      

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər