Meksikada güclü narkokartelin 50 üzvü saxlanıldı

Meksikada güclü narkokartelin 50 üzvü saxlanıldı

Meksikada ordu və polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində “Xalisko – Yeni nəsil” adlandırılan güclü narkokartelin 50 üzvü tutulub.

Avropa.info axar.az-a istinadən i xəbər verir ki, “Excelsior” portalının yaydığı məlumata görə, bütün şübhəlilər Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatında saxlanılıb. Onların 38-dən çoxu Frontera-Komalapa şəhərindəki oteldə həbs olunub.

“Xalisko – Yeni nəsil” karteli hazırda Meksikada ən güclü qruplaşmalardan biridir. 2015-ci ildə qruplaşma üzvlərinin hərbi helikopterə hücumu nəticəsində 8 nəfər həlak olmuşdu. Daha sonra isə polis patruluna hücum zamanı 15 asayiş keşikçisi öldürülmüş, 5-i yaralanmışdı. Bu, son illərdə Meksika polisi sıralarında ən böyük itkilərdən biri hesab edilir.

Meksika Baş Prokurorluğu “Xalisko”nun başçısı, Menço ləqəbli Nemesio Osegera Servantesin tutulmasına kömək edəcək informasiyaya görə 30 milyon peso (1,5 milyon dollardan çox) məbləğində mükafat elan edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər