Köçəryan Paşinyanın Sorosun qrantları ilə hakimiyyətə gəldiyini açıqladı və siyasətə qayıtdığını bəyan etdi – Kreml Paşinyana qarşı Köçəryandan istifadə edəcək?

Köçəryan Paşinyanın Sorosun qrantları ilə hakimiyyətə gəldiyini açıqladı və siyasətə qayıtdığını bəyan etdi – Kreml Paşinyana qarşı Köçəryandan istifadə edəcək?

“Yeni hakimiyyətin təcrübəsizliyi və geosiyasi proseslərin Ermənistanı təhdid etməsi məni siyasətə qayıtmağa vadar edir. ”

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti, Qarabağda azərbaycanlılara qarşı törədilmiş qətiamlara rəhbərlik etmiş Robert Köçəryan deyib.

Erməni telekanallarından birinə müsahibə verən Ermənistanın sabiq prezidenti Robert Köçəryan, baş verən geosiyasi proseslərin ölkəni risq altında qoyduğunu bildirib.

“Bir xəritəyə baxın və görün Ermənistan hansı ölkələrlə əhatə olunub və həmin ölkələrlə hansı münasibətdəyik?Paşinyan təcrübəsi olmadığından, proseslərin hansı məcrada getdiyin fərqində deyil. Təcrübəsizliyin nəticəsidir ki, Ermənistandan kənarda baş verən proseslərə adekvat reaksiya verə bilmir. O idarəçilikdən uzaq bir adamdır və ona görə də onu qınamıram. Axı onda haradan təcrübə olsun ki, ancaq Sorosun qrantları hesabına ictimai təşkilatlarda tamamilə başqa işlərlə məşğul olub. Məndə belə təəssürat yaranır ki, maliyyə mənbəyi hər şey barədə xəbər verir. Bu hakimiyyətin belə məsələlərdə təcrübəsi və biliyinin olmaması məni yenidən siyasətə dönməyə vadar edir.

Yeni hakimiyyətin heç bir sənədi yoxdur. Ermənistanda iqtisadi siyasət yoxdur. Ancaq bir deviz var, korrupsiyaya ilə mübarizə. Təbii ki, bu yaxşıdır. Axı korrupsiya ilə mübarizə iqtisadi siyasət deyil. İnsanları həbs etmək korrupsiyaya qarşı mübarizə demək deyil ki, bu mübarizənin kiçik bir tərkib hissəsidir. İnvestor hakimiyyətin hansı iqtisadi siyasət yürütdüyünü, biznesə olan münasibətini anlamır. O baxımdan da ciddi investisiya gözləməyə dəyməz” – Köçəryan belə deyib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər