Son dəqiqə : İranda silahlı qarşıdurma – 4 İran əsgəri yaralanıb

Son dəqiqə : İranda silahlı qarşıdurma – 4 İran əsgəri yaralanıb

İranın Əbu Həsən kəndində təhlükəsizlik qüvvələri ilə silahlı bir qrup arasında çıxan qarşıdurmada 4 İran əsgəri yaralanıb.

Avropa.info xəbər verir ki,  bu haqda İranın Kürdüstan əyaləti valisinin müavini Hüseyn Hoşiqbal rəsmi İRNA agentliyinə açıqlamasında bildirib.

Vali müavininin dediyinə görə, İran-İraq sərhədində yerləşən Əbu Həsən kəndi yaxınlığında təhlükəsizlik qüvvələri ilə kimliyi hələ müəyyən olunmayan silahlı bir qrup arasında qarşıdurma baş verib.

Hoşiqbal qarşıdurmada yaralanan 4 İran əsgərinin xəstəxanaya çatdırıldığını, silahlı qruplaşa üzvlərini  isə qaçdığını deyib.

“Hadisənin təfərrüatları araşdırılır. Hələlik hücumu heç bir qruplaşma öz üzərinə götürməyib” – Hoşiqbal belə deyib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər