“Trampın Türkiyəyə qarşı etdikləri düşmənçilikdir , Ankara ilə düşmənçilik Yaxın Şərqi itirmək deməkdir” – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Trampa qarşı

“Trampın Türkiyəyə qarşı etdikləri düşmənçilikdir , Ankara ilə düşmənçilik Yaxın Şərqi itirmək deməkdir” – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Trampa qarşı
 
“Trampın Türkiyəyə qarşı etdikləri düşməcəsinə edilən hərəkətdir.”
Avropa.info xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa-Avrasiya məsələləri üzrə sabiq təmsilçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “Washington Post” qəzetində dərc olunan yazısında bildirib.
Brayzanın “ABŞ Türkiyəni itirməyi gözə almaya bilməz” başlıqlı yazısında, prezident Donald Trampın Türkiyəyə alüminium və polad idxalına görə gömrük rüsumunun artırılması və iki ölkə arasında yaşanan son hadisələrə toxunulub. Keçmiş səfir Trampı sərt şəkildə tənqid edib.
“Bu, NATO müttəfiqinə qarşı maksimum səviyyədə zərər vurmağa yönələn, gözlənilməyən və düşməncəsinə bir hərəkətdir. Trampın bu addımları ABŞ-la Türkiyə arasındakı münasibətləri təhlükəli bir həddə gətirib çıxarıb. Ərdoğanı açıq bir şəkildə küncə sıxışdırmağa cəhd edən Trump, əslində Türkiyə liderinin keşiş Brunsonun sərbəst buraxılmasına razı olmasını daha da çətinə saldı”.
Brayza ABŞ-ın Türkiyə iqtisadiyyatına yönəlik qəraraları ilə Ankaranın mütətfiqlikdən uzaqlaşmasının Vaşinqton üçün baha başa gələcəyini yazıb:
“Tramp Türkiyə ilə müttəfiqlikdən vaz keçərsə, o zaman ABŞ Yaxın Şərqdə təsirini itirər. ABŞ Türkiyədən uzaqlaşacaqsa, Ankara Moskva ilə yaxınlaşacaq və bundan itirən ancaq Vaşinqtonun olacaq. Türkiyə-ABŞ müttəfiqliyi Trumanın prezidentliyi dövründən etibarən Yaxın Şərqdəki strategiyamızın prioritetini təşkil etdi. Rusiya isə bu güc tarazlığının dəyişməsi üçün xeyli çaba göstərir”– M. Brayza qeyd edib.
ABŞ-ın Türkiyədən vaz keçilməsinin qeyri-mümkün olduğunu və bədəlinin ağır olacağını qeyd edən amerikalı diplomat, eyni zamanda İncirlik hərbi bazasının önəmini vurğulayaraq, bunun ABŞ-ın xaricdəki ən mühüm hərbi bazalarından biri olduğunu xatırladıb:
“ABŞ Dövlət Departamentində 23 illik diplomat fəaliyyətimin 13 ilini Yaxın Şərqdə keçirən birisi kimi, İncirlik hərbi bazasının ABŞ üçün nə qədər əvəzolunmaz olduğunu anladım. Bu hərbi bazanın həyati əhəmiyyəti var. Həmçinin, Türkiyə iqtisadiyyatı çökərsə, bu ABŞ-ın mühüm strateji maraqlarına, eyni zamanda ABŞ iqtisadiyyatına çox ciddi mənfi təsirlərini göstərəcək” – Brayza belə yazır.
Hazırladı Mürtəza Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər