ABŞ-dan kritik lirə açıqlaması: “Əgər Ərdoğanla Albayrak olmasaydı…”

ABŞ-dan kritik lirə açıqlaması: “Əgər Ərdoğanla Albayrak olmasaydı…”

Mərkəzi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “Instıtute of International Finance” (IIF) avqustun 14-də Türkiyə iqtisadiyyatı haqqında bir araşdırma hesabatı yayımlayıb. Avropa.info xəbər verir ki, yayılan hesabatı köşə yazısında qeyd edən “Habertürk”ün yazarı Sərdar Turqut bu ifadələri işlədib:

““Turkey update: Looking for a way forward” başlıqlı hesabatda bu gün türk lirəsinin dəyərinin haqq etdiyindən, ədalətli olandan çox aşağı olduğunu və bu gün yaşanan böhranın bəzi doğru siyasi atılması və bunların arxasında israrla dayanıldığı təqdirdə asan idarə edilə biləcəyi və bunun nəticəsində sə türk lirəsinin dəyərinin əslində, adil olan, haqq etdiyi səviyyəyə çatacağı söylənilir.

Ərdoğan və Albayraka diqqət çəkdilər

Bu hesabat qlobal maliyyə dairələrinin ən təsirli qurumu, prezident Rəcəb Tayyib Ərdoğan və nazir Berat Albayrakın son günlərdə sərgilədikləri israrlı qərarın nə qədər haqlı olduğunu olduğunu ortaya qoymuş odu. Xüsusilə, hesabtda Türkiyənin bu böhranı sabib olduğu iqtisadi vasitələrlə asanlıqla idarə edə biləcəyi vurğulanır. Prezident Ərdoğan və xəzinə və maliyyə naziri Albayrak əvvəldən bəri bunu vurğulayırdı, nəticədə qlobal bankçılıq çevələri də bunun arxasında durmağa başladı.

Böhran yaratmaq istəyənlərə gözəl cavab

Hesabatda, xüsusilə, məzənnənin artması səbəbindən artım başlayan ixracat və enməyə başlayan idxalat səbəbindən cari kəsirlərdə enmələrin olacağına diqqət çəkilir. IIF 1980-ci illərin əvvəlindəki qlobal borc böhranını izləyən və analizlər aparmaq üçün inkişaf etmiş kapitalist ölkələrin iri 33 bankı tərəfindən şərik olaraq qurulmuşdu. Qurumun mərkəzi Vaşinqtondadır, amma Beijing, Dubay, Sinqapur və Londonda da ofisləri yerləşir.

IIF xüsusilə Türkiyə kmi inkişaf etməkdə oan ölkə bazarlarını yaxından izləyir. Beynəlxalq maliyyə qurumları bu cür ölkələr haqqında qərar verərəkən bu qurumn açıqladığın analizlərə çox önəm verir. Bu səbəbdən avqustun 14-də yayımlanan bu hesabat Türkiyəyə qarşı bir etimad böhranı yaratmaq istəyənlərə qarşı çox gözəl bir cavab oldu.

Qlobal maliyyə qurumları, əslində, Türkiyənin fundamental iqtisadi quruluşuna güvənir və Türkiyə ilə iş qurmaq üçün hələ də cəzbedicidir.

Təzyiq altında güvən verdilər

Bu böhran yarananda prezident Ərdoğanın soyuqqanlı şəkildə liderlik göstərəcəyinə heç şübhəm yox idi. Çünki bunu əvvəllər də dəfələrlə gördük, ifrat təzyiq altında necə özünə inamlı şəkildə liderlik etdiyinə şahid olduq. Mənə daha çox məsələyə birbaşa cavabdeh olan xəzinə və maliyyə naziri Berat Albayrakın davranışlarının necə olacağı maraqlı idi. O da eynilə Ərdoğan kimi soyuqqanlı və zamanı düzgün seçilmiş doğru həmlələr etdi və mükəmməl bir iqtisadi liderlik portretini ortaya qoydu. Prezident Ərdoğandan çox şey öyrəndiyinə əminəm, amma yaxşı öyrənə bilmək də bir istedaddır.

Onlar olmasaydı, işlər nəzarətdən çıxa bilərdi

Nəticə etibarı ilə ABŞ-la münasibətlərimizin durumuna görə bu böhranın bu şəkildə baş verməsi qaçılmaz idi. Şanslıyıq ki, baş verdiyi anda prezident Ərdoğanla nazir Albayrak vəzifə başında idilər. Onlar olmasaydı, işlər asanlıqla nəzarətdən çıxa bilərdi.

Türkiyə böhranları idarə edə biləcəyini göstərdiyinə görə indi struktur problemlərin həllinə girişmək zamanı gəldi ki, onun üzərində də çalışdıqlarını əslində bilirik”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər