59 çinli milyarder Türkiyəyə gəlir

59 çinli milyarder Türkiyəyə gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Çin bazarına yönəlirik” açıqlamasından sonra çinli milyarderlər klubu kimi bilinən Çin Təşəbbüskarlar Klubu yönünü Türkiyəyə çevirib.

Avropa.info xəbər verir ki, Çinin ən zəngin 59 iş adamının üzv olduğu Çin Təşəbbüskarlar Klubu üzvlərinin şəxsi sərvətləri 15 -30 milyard dollar arasında dəyişir.

Çində 2 milyon nəfərlik iş yeri açan klubun üzvləri getdikləri ölkələrdə milyard dollarlıq yatırımlara imza atırlar.

Çinin 900 milyard dollarlıq “One Belt One Road” layihəsinin əsas ölkələrindən olan Türkiyəni də layihələrinə daxil edən klubun üzvləri səfərlərə başlayırlar.

İstanbul, London və Pekində ofisləri olan məsləhət şirkəti “Asiability Turkey” İdarə Heyətinin sədri İsmet Öztanık çinli iş adamlarının hazırlıqlar bitən kimi gələcəyini söyləyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər