Bakıda avtobus dayanacaqlarının yeri dəyişdiriləcək – Foto

Bakıda avtobus dayanacaqlarının yeri dəyişdiriləcək – Foto
BNA paytaxta nəqliyyat şəratitnin yaxşıladşırlması istiqamətindəki işlərini davam etdirir
Bu məqsədlə Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkətin xaotik olduğu daha 2 ünvanda nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlayıb.
Bu barədə Avropa.info-ya BNA-dan məlumat verirlib.
Bildirilib ki, 3-cü mikrorayon dairəsi və “Memar Əcəmi” metrostansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb. Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb. Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq.
Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək.
Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək. “Memar Əcəmi” metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.
Avropa.info

Murtaza Bunyadli tarafından 17:35 itibariyle görüldü

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər