“Türk Hava Yolları” tarixində rekord yükləmə səviyyəsinə çatıb

“Türk Hava Yolları” tarixində rekord yükləmə səviyyəsinə çatıb

“Türk Hava Yolları” (THY) tarixində rekord yükləmə səviyyəsinə çatıb.

Avropa.info  xəbər verir ki, daşınan sərnişinlərin sayı iyul ayında da artmağa davam edib və bu göstərici 4 faiz artaraq 7,8 milyona çatıb. İyul ayı üzrə yüklənmə səviyyəsi isə 85 faiz təşkil edib.

Ötən ay reyslərin yüklənmə səviyyəsi 1,5 faiz bəndi, kreslo-kilometrlərin sayı 2 faiz artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7 faiz bəndi artaraq 84,9 faiz təşkil edib, daxili aviareyslərdə yüklənmə səviyyəsi 88 faiz təşkil edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 7 faiz çoxalıb (tranzit sərnişinlər istisna olmaqla). İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə iyul ayında daşınan yüklərin/poçtun həcmi 20 faiz artıb. Artım əsasən Yaxın Şərq (33 faiz), Avropa (26 faiz), Afrika (26 faiz), Şımali Amerika (32 faiz) və Uzaq Şərqin (16 faiz) hesabına baş verib.

Cari ilin yanvar-iyul dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 13 faiz və 15 faiz artıb. Aviaşirkətin ümumi sərnişin axını 43 milyona çatıb.

Yeddi ayda reyslərin ümumi yüklənmə səviyyəsi təqribi 4 faiz bəndi artaraq 81 faizə çatıb. Bununla belə, aviaşirkətin tarixində ilk yeddi ay ərzində rekord yüklənmə səviyyəsi nümayiş etdirilib. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 4 faiz bəndi artaraq 81 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 2 faiz bəndi artaraq 85 faizə çatıb.

Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 18 faiz artıb (tranzit sərnişinlər istisna olmaqla). Daşınan yüklərin və poçtun həcmi isə 26 faiz artaraq 779 min ton təşkil edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər