Yaşayış binasının 7-8-9-cu mərtəbələrindən dəmiryol xəttinin keçdiyini görmüsüz? – Bu fantastika deyil… (Fotolar)

Yaşayış binasının 7-8-9-cu mərtəbələrindən dəmiryol xəttinin keçdiyini görmüsüz? – Bu fantastika deyil… (Fotolar)

Heç yaşayış binası daxilindən dəmiryol xəttinin keçdiyinin və yaxud da bina daxilində dəmiryol stansiyasını görmüşünüz? Özü də yaşayış binasının altında və yaxud birinci mərtəbəsində deyil, yuxarı 7-8-9-cu mərtəbələrində… Amma dünyanda elə şəhərlər var ki, orada şəhərdaxili nəqliyyat vasitəsi kimi işləyən dəmiryol xətti məhz yaşayış binalarının daxilindən keçir. Bu fantastika deyil, günün reallığıdır.

Avropa.info xəbər verir ki, belə bir şəhərdaxili nəqliyyat infrastrukturu Çinin Çunçin şəhərində mövcuddur. Çunçin şəhərinin 33 milyon əhalisi var. Şəhərdə dəmiryolu tikərkən tikiləcək yolun üzərində 19 mərtəbəli yaşayış binası olub. Binanı sökmək və ondan yan keçmək mümkün olmadığından mühəndislər binanın içindən keçməklə dəmiryol xəttini çəkməyi qərara alıblar.

Mühəndislərin reallaşdırdığı layihə əsasında dəmiryolu 19 mərtəbəli binanın 7 və8-ci mərtəbələri arasında keçməklə yolun tikintisi davam etdirilib. Hələ bu azmış kimi binanın daxilində 150 metr uzunluğunda platforması olan dayanacaq da tikilib. Həmin binada və yaxınlıqdakı binanın sakinləri, qonaqlar həmin dayanacaqdan istifadə edirlər.

Bununla belə qatar yaşayış binasının içindən keçərkən səs və evlərdəki silkələnmə yaratmasının da qarşısının alınması yaddan çıxarmayıblar. Belə ki, binada səs-küyün və silkələnmənin qarşısının alınması, onun minimuma endirilməsi məqsədi ilə xüsusi avadanlıq quraşdırılıb. Qatar binadan keçməsi hiss olunsa da, mənzillərdə ciddi səs və titrənmə olmur.

Qatar yolu keçməsi binanı şəhərin ən “prestijli” binasına çevirib. Belə ki, bu binadakı mənzillərin qiyməti kəskin bahalaşıb. Çünki belə rahat infrastruktura malik bina tapmaq elə də asan deyil. Necə deyərlər nəqliyyat vasitəsi birbaşa yaşadığın mənzilin qapısına gəlir. Onu da qeyd edək ki, belə bir təcrübə dünyada ilk dəfə olaraq Çində deyil, Yaponiyada istifadə olunub. Belə ki, Yaponiyanın Osaka şəhərində 16 mərtəbəli binanın 4-8-ci mərtəbələri arasından sürət yolu salınıb. Binanın vibrasiyasının qarşısını almaq məqsədi ilə xüsusi konstruksiyadan istifadə edilib.

Hazırladı Mürtəza Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər