“Volvo”dan müştərilərinə şok sürpriz: Bu avtomobillərdə sürücüyə ehtiyac olmayacaq – Fotolar

“Volvo”dan müştərilərinə şok sürpriz: Bu avtomobillərdə sürücüyə ehtiyac olmayacaq – Fotolar

“Volvo” şirkəti hər zaman olduğu kimi, bu dəfə də müştərilərini şok edəcək. Yeni model “Volvo” avtomobilində istə oturun, istərsə də yatın, sizi istədiyini mənzilbaşına çatdıracaq.

Avropa.info xəbər verir ki, “Volvo” yeni model avtomobilini ilk dəfə ictimaiyyətə nümayiş etdirib.

Yeni model “Volvo”da sürücüyə ehtiyac qalmayacaq. Yəni “Volvo”nun “Volvo 360c” yeni elektriklə işləyəcək modeli sıradan bir avtomobil olmayacaq.

Avtomobili idarə edərkən istər otur, istər kitab oxu, istərsə də yat, maşın səni istədiyin mənzilbaşına çatdıracaq. Tamamilə özəl olan modelin iç dizaynı da fərqlidir və diqqət çəkir. Çünki avtomobili idarə edərkən sürücüyə ehtiyac olmadığından sürücü oturacağından ondan bir yataq, digər oturacaq kimi istifadə etmək mümkündür.

Avtomobilin xarici dizaynı da fərqli bir görünüşə malikdir. Lakin şirkət yeni “Volvo 360c” modelinin nə zaman kütləvi istehsala və satışa çıxarılacağı barədə məlumat verilmir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər