Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri istefa verməyə hazır olduqlarını açıqlayıblar – Qalmaqallı səs yazısı yayıldı (Audio , Yenilənib)

Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri istefa verməyə hazır olduqlarını açıqlayıblar – Qalmaqallı səs yazısı yayıldı (Audio , Yenilənib)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.

O, eyni zamanda bu səs yazısının yayılmasının əsas məqsədinin MTX və XİX-in mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb.

XİX rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.

Qeyd edək ki, internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb.

Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.

***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb.

Avropa.info Ordu.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də “Youtube” kanallarından birində Ermənistanda böyük qalmaqala səbəb olacaq gizli səs yazısı ortaya çıxıb.

Məlumata görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezidenti Robert Köçəryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.

Əgər səs yazısında danışanların həqiqətəndə Sasun Xaçatryan və Artur Vanetsyana aid olduğu təsdiqlənərsə, o zaman hər iki məmurun dərhal istefaya göndəriləcəyi ehtimal edilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər