Mingəçevirdə yaşayış binasında yanğın: ölən və zəhərlənənlər var – Foto

Mingəçevirdə yaşayış binasında yanğın: ölən və zəhərlənənlər var – Foto

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb.

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb.

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yaşayış binasında yanğın: ölən və zəhərlənənlər var - FOTO

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər