Erməni rəhbərlərin gizli telefon danışığının yayılmasında Rusiyanın adı hallanır

Erməni rəhbərlərin gizli telefon danışığının yayılmasında Rusiyanın adı hallanır

“Ermənistan Milli Təhlküəsizlik Xidməti və Xüsusi istintaq xidməti rəhbərləri arasındakı biabırçı telefon danıqışlarının erməni cəmiyyətinə çatdırılması İrəvanla Moskva arasındakı mövcud böhranlı durumu daha da dərinləşdirmnəkdədir”.

Avropa.info xəbər verir ki, Ermənistanın yeni hakimiyyəti və onun tərəfdarları belə bir yazını ölkədən kənar, digər ölkələrin xüsus xidmət orqanlarını hərəkəti hesab edirlər.

Onlar hesab edir ki, Ermənistan Milli Təhlküəsizlik Xidməti və Xüsusi istintaq xidməti rəhbərləri arasındakı telefon danışığını xarici bir ölkənin xüsusi xidmət orqanları tərəfindən qeydə alınaraq cəmiyyətə ötürülüb.

Erməni ekspert və politoloqlar bu işdə daha çox Rusiyanın adını hallandırır. Onalrın fikrincə, Paşinyan hakimiyyəti Moskvanı qane etmədiyindən belə bir yazını ortaya qoymaqla onun hakimiyyətinin hansı səviyyədə olduğunu göstərib, onu cəmiyyətdə gözdən salmağa xidmət edir.

“Modus Vivendi” analitik mərkəzin rəhbəri Apa Papyan “1 in.am”a açıqlamsında deyib ki, gizli dinləmə öz-özlüyündə çox narahatedici hadisədir.

Onun sözlərinə görə, Ermənistan Milli Təhlküəsizlik Xidməti və Xüsusi istintaq xidməti rəhbərləri arasındakı telefon danışığı ondan bir neçə gün öncə yazılıb və Youtobe yerləşdirilib.

“İndi onu yayımlamaqla hakimiyətin necə zəif olduğunu göstərməkdir. Bunu Köçəryan komandasının adamları yaxud da digər ölkə edə bilər. Mən hesab edirəm ki, bu Rusiyadır”- erməni analitik deyib.

Onun fikrincə Paşinyan Putin üçün qəbuledilməz namizəddir: “Ona görə də Rusiya maraqlıdır ki, bu hakimiyyət uğursuzluğa düçar olsun”.

A.Papyan onu da əlavə edib ki, əgər növbəti yazadək Ermənistanda parlament seçkiləri keçirilməzsə, ölkədə həm daxili, həm də xarici cəbhə baxımından böyük sarsıntılar gözlənilir. O deyib ki, ölkədə qeyri-müəyyən şərait erməni iş adamlarının sərmayə qoyuluşuna ehtiyat edirlər və bu baxımından da gözləmə mövqeyi tuturlar.

“Ayk” Partiyasının nümyəndəsi Gevork Ovsepyan da bu danışığı xarici ölkənin əməli olduğunu qeyd edib. Bu hadisədən sonra İrəvanla Moskva arasındakı münasibətlər daha da gərginləşib.

Qeyd edək ki, həmin audioyazıda Ermənistan milli təhlküəsizlik xidməti və Xüsusi istintaq xidməti rəhbərləri sabiq prezident Robert Köçəryanın və KTMT baş katibi Yuri Xaçaturovun, sabiq müdafiə naziri Mikael Arutyunyan həbsi və onlara qarşı cianyət işi açılması barədə söhbət gedib. Telefon danışığında hər iki qurumun rəhbəri baş nazirin Paşinyan haqqında da fikirlər səsləndiriblər.

Baş verən hadisə ilə bağıcinayət işi açılıb və araşdırma aparılır.

Hazırladı Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər