BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb.

Avropa.info xəbər verir ki, universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor Abel Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor Abel Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb. Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4 məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər