Tomas Qreminger: “ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir”

Tomas Qreminger: “ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir”

ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir.

Bu barədə jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger məlumat verib.

“Azərbaycan ATƏT-ə üzv dövlətlər arasında güclü ölkələrdən biridir və bir çox layihələrimizdə yaxından iştirak edir. Odur ki, biz də Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək və daha da genişləndirmək niyyətindəyik”, – T.Qreminger deyib.

Baş katib Azərbaycanda keçirdiyi görüşlərdə Xəzər dənizinin ekoloji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluğa və ekstremizmə qarşı mübarizə kimi məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

 

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər