Nazarbayev Türkiyəyə gedir

  • Dünya
  • 12 Sentyabr, 2018 [21:10]
Nazarbayev Türkiyəyə gedir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək. Səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.

Prezident Aparatının məlumatında qeyd edilir: “İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər