Avropa Parlamenti Macarıstana qarşı sanksiya tətbiq edib

  • Dünya
  • 12 Sentyabr, 2018 [22:20]
Avropa Parlamenti Macarıstana qarşı sanksiya tətbiq edib

Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib.

“Reuters” xəbər verir ki, qərarla Avropa İttifaqı (Aİ) müqaviləsinin 7-ci maddəsi – üzv dövlətlərinin bəzi hüquqlardan müvəqqəti məhrum edilməsi Macarıstana tətbiq olunub.

İttihama əsasən, Macarıstan demokratik normalara “inadkar hörmətsizlik” göstərir. Avropa Parlamentinin üzvlərindən 448 nəfər qərarın lehinə, 197 nəfər əleyhinə səs verib, 48 nəfər isə bitərəf qalıb.

Həmçinin qeyd olunur ki, Avropa Parlamenti Aİ tarixində ilk dəfədir sözügedən maddəni tətbiq etməyi lazım bilib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər