Gürcüstandan şok qərar: Marixuana istehsalına başlanır

  • Dünya
  • 12 Sentyabr, 2018 [22:37]
Gürcüstandan şok qərar: Marixuana istehsalına başlanır

Gürcüstan hökuməti ixrac etmək məqsədilə ölkədə marixuana istehsalına icazə verən qanun layihəsi hazırlayıb.

Bu barədə “İnterpressNews” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, bir gün əvvəl parlament deputatları Daxili İşlər Nazirliyinin nümayəndələrini qanun layihəsi ilə tanış ediblər.

Layihəyə görə, marixuana istehsalı lisenziyalı formada həyata keçiriləcək.

Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili təşəbbüsü dəstəkləyib.

Eyni zamanda, ölkənin hakimiyyət orqanları məktəblərdə, ictimai qurumlarda və digər ictimai yerlərdə narkotik maddədən istifadə edilməsinə qadağa qoymağı planlaşdırır.

Yaxın gələcəkdə təşəbbüs hökumətin iclasında təqdim olunacaq.

 

 

 

 

teleqraf.com

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər