“Total”ın İrana vurduğu ziyanın məbləği açıqlanıb

  • Dünya
  • 12 Sentyabr, 2018 [23:10]
“Total”ın İrana vurduğu ziyanın məbləği açıqlanıb

“Fransanın “Total” neft şirkəti 16 il ərzində İrana 80 milyard dollar ziyan vurub”.

Bunu İran parlamentinin Büdcə və planlaşdırma komissiyasının üzvü Əli Hacı Deliqani deyib.

“2012-ci ildə ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən “Total” ölkədən çıxdı. “Altılıq”la imzalanan razılaşmadan sonra – 2015-ci ildə təkrar ölkəmizlə ticarət etməyə başladı. 16 il ərzində İran bu şirkətdən 80 milyard dollar ziyan görüb. Şirkətə isə heç bir ziyan dəyməyib. Bununla belə, İranın Neft Nazirliyi heç bir məhdudiyyət qoymadan “Total”la müqavilə imzaladı”, – Əli Hacı Deliqani deyib.

Qeyd edək ki, “Total” neft şirkəti bu ilin avqustunda rəsmi olaraq İran bazarını tərk edib. O, “Cənub Pars” yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb. Hazırda İran “Total”ı əvəzləyəcək şirkət axtarır.

“Total” mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) “Total”ın “Cənub Pars”dakı aktivlərini almaq istədiyini bildirib.

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər