UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək? – Rəsmi açıqlama

  • İdman
  • 13 Sentyabr, 2018 [14:12]
UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək? – Rəsmi açıqlama

“UEFA Çempionlar Liqasının (ÇL) finalının Avropadan kənarda keçirilməsi məsələsi hazırda müzakirə edilmir”

Bunu UEFA prezidenti Aleksander Ceferin qitənin ən nüfuzlu klub turnirinin final görüşünün ABŞ-ın Nyu-York şəhərində keçiriləcəyi ilə bağlı iddialara cavab verərkən deyib. O, qurumun hazırda belə bir niyyəti olmadığını söyləyib: “Turnirin finalını Avropa ölkələrində keçiririk. 2021-ci il finalı üçün ölkə və stadion müəyyənləşdirməmişik. Ancaq hazırda ÇL finalının Avropadan kənarda keçirilməsini müzakirə etmirik”.

Qeyd edək ki, ÇL-in finalı 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano”, 2020-ci ildə isə Türkiyənin İstanbul şəhərindəki “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək. 2019-cu il Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda oynanılacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər