Sumqayıtda sələmçi qadın qətlə yetirilib

Sumqayıtda sələmçi qadın qətlə yetirilib

Sumqayıt şəhərində 67 yaşlı qadın qətlə yetirilib.

Avropa.info report-a istinadən, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər