Ərdoğanla Putin yenidən görüşəcəklər

Ərdoğanla Putin yenidən görüşəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin Suriyanın idlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün yenidən bir araya gələcək.

Avropa.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Pakistanda səfərdə olan Mövlud Çavuşoğlu İdlib məsələsinə toxunaraq deyib ki, ən son Tehran sammitində xeyli səylər göstərilib: “Son günlərdə müxtəlif ölkələr və Suriyadakı aktyorlarla təmasdayıq. Burada terrora qarşı mübarizədə yer almağa hazırıq. Problemin siyasi yolla həllini istəyirik. Biz terrora qarşı mübarizə adı alıtnda qadına, uşağa, dinc insanlara qarşı hücumların əleyhinəyik”.

Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə İdlibdəki vəziyyətlə bağlı Rusiya və İranla əlaqələri davam etdirəcək: “Sentyabrın 17-də Ərdoğanla Putin yenidən görüşəcək. Görüş Soçidə baş tutacaq. Görüşdə İdlib məsləsi müzakirə ediləck”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər