Tacir Şahmalıoğlunun anası məskunlaşdığı evindən çıxarılır – Müğənni kömək istədi (Özəl)

Tacir Şahmalıoğlunun anası məskunlaşdığı evindən çıxarılır – Müğənni kömək istədi (Özəl)

Bu dəqiqələrdə müğənni Tacir Şahmalıoğlunun anası məskunlaşdığı evindən çıxarılır.

Bunu Avropa.info-ya açıqlamasında sənətçinin özü deyib.

Onun sözlərinə görə, bu saatlarda anası Südabə Allahverdiyevanı yaşadığı Dadaş Bünyadzadə küçəsindəki mənzilinin qarşısına məhkəmə icraçıları gəliblər: “Onlar məhkəmənin qərarına görə anamı güclə çıxarmaq istəyirlər. 85 yaşında qadına güc işlətmək olmaz. Anamı sürüyürlər. Bizə kömək edin. Mən bir neçə gün öncə bununla bağlı “Qaçqınkom”da oldum. Onlar mənə sənəd verdi. Mən də həmin sənədi Yasamal rayon İcra Hakimiyyətinə təqdim etdim. Amma onlar sənədə baxmır”.

Qeyd edək ki, S.Alahverdiyavanın mənzilindən çıxarılması ilə bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. O həmin mənzildə 25 ildir yaşayır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər