MİT-in Suriyada həbs edərək Türkiyəyə gətirdiyi Yusuf Nazik bülbül kimi ötür – Əsədin Türkiyədəki agentlərini deşifrə etdi

MİT-in Suriyada həbs edərək Türkiyəyə gətirdiyi Yusuf Nazik bülbül kimi ötür – Əsədin Türkiyədəki agentlərini deşifrə etdi

Suriyanın Lazkiyə əyalətində həbs edilərək Türkiyəyə gətirilən Yusuf Nazik dindirilmə zamanı Suriya xüsusi xidmət orqanları ilə əlaqəsi olan xeyli insanların adını çəkməklə, ünvanlar verib.

Avropa.info xəbər verir ki, Yusuf Nazik terror təşkilatının durumu, daxili və xarici əlaqələri, Suriyadakı fəaliyyəti ilə bağlı məlumatlar verib.

O, terror təşkilatının rəhbəri Mihraç Uralın Suriyanın “El Muhabirat” xüsusi xidmət orqanı ilə əlaqəsinin olduğunu qeyd edib.

Nazik həmçinin Reyhanlıda həyata keçirdiyi terror aktı zamanı “Hacı” kod adlı “Mühəmməd” isimli şəxs və digrələrinin deşifrə edilməsi barədə bilgilər verib.

Hüquq-mühafizə orqanları agent siyahısının çoxala biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə həyata keçirilən, 53 vətəndaşın həyatını itirdiyi bombalı hücumda terrorçulara rəhbərlik edən və onların Suriya kəşfiyyatıyla əlaqəsi təmin edən Yusuf Nazik Suriyanın Lazkiyə şəhərində MİT (Türkiyə Milli Kəşfiyyat Təşkilatı)  tərəfindən təşkil olunan əməliyyatla həbs olunub.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər