Ərdoğan-Putin-Merkel-Makron Zirvə görüşünün hazırlıqlarına başlanıldı

  • Dünya
  • 14 Sentyabr, 2018 [16:27]
Ərdoğan-Putin-Merkel-Makron Zirvə görüşünün hazırlıqlarına başlanıldı

Türkiyə, Fransa, Almanya və Rusiya dövlət başçılarının Zirvə toplantısına hazırlıq işlərinə başlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Zirvə toplantısının keçirilməsinin hazırlıq işlərinə bu gün başlanılıb.

Toplantıda Almaniya kansleri Angela Merkelin beynəlxalq təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jan Hecker, Fransa prezidentinin nümayəndəsi Filip Etienne və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov iştirak edir.

Toplantıya rəsmi təmsilçilərlə yanaşı, digər mütəxəssislər də lidelərin Zirvə görüşünə hazırlıq işlərinə cəlb edilib. Zirvə görüşünə hazırlıqlar çərçivəsində başda Suriyanın İdlib bölgəsində gərginliyin azaldılması atəşkəsin təmin edilməsi və dinc insanların təhlükəsizliyinin təmin olunması mələləri müzakirə olunur.

Zirvə toplantısının vaxtı hələlik dəqiq bilinmir.

Bugünkü toplantıda Zirvə görüşünün tarixi də müzakirə olunacaq.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər