Rusiyadan Ərdoğanın çağrışına dəstək

  • Dünya
  • 14 Sentyabr, 2018 [17:42]
Rusiyadan Ərdoğanın çağrışına dəstək

“Rusiya, Türkiyə və İran İdlibdə, ABŞ-ın liderliyi ilə koalisiyanın Rakkadakı kimi hərəkət etməyəcək. Çünki Rakkada humanitar dəhliz açılamamışdı”.

Avropa.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Berlində almaniyalı həmkarı Heyko Maasla görüşdə bəyan edib.

Lavrov bildirib ki, yerli qüvvələri razılaşmaya cəlb etmək üçün humanitar dəhliz açılacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehran sammitində İdlibdə genişmiqyaslı hərbi təlimlər başlayarsa, çoxsaylı insan itkisi ilə müşayiət oluna biləcəyini demişdi. Ərdoğan bölgənin “qan gölü”nə çevrilməməsi üçün problemi danışıqlar yolu ilə həll etməyi və əməliyyatlar zamanı dinc əhalinin təhlükəsizliyinin maksimum təmin olunmasına nail olmağın vacibliyini qeyd etmişdi.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər