Binəqədi rayonunun iki küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Binəqədi rayonunun iki küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Paytaxtın Binəqədi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sentyabrın 15-də gecə saat 23:00-dan sentyabrın 16-sı saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Avropa.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər