“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir” – Qərb mediası İdlib sazişini Ərdoğanın qələbəsi adlandırır

“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir” – Qərb mediası İdlib sazişini Ərdoğanın qələbəsi adlandırır

Türkiyə və Rusiya arasında “İdlibdə gərginliyin azaldılması və bölgəsindəki vəziyyətin düzəldilməsinə dair” memorandumun imzalanması Avropa tərəfindən də diqqətlə təqib edilib. 

Avropa.info xəbər verir ki, Qərb mediası Soçidə keçirilən kritik görüşə geniş yer verib.

İngiltərənin öndə gələn qəzetlərindən “Guardian” Türkiyənin səyləri nəticəsində mülki vətəndaşların qorunacağını yazıb. Qəzet, Rusiya ilə Türkiyənin İdlib məsələsində imzaladığı müqavilənin İdlibdə insani böhran riskini azaltdığı Əsəd ordusu ilə müxaliflər arasında tərksilah edilmiş bufer zona qurulacağını yazıb.

“Financial Times” qəzeti birinci səhifəsindən yaydığı xəbərdə, Türkiyənin səyləri nəticəsində Suriyada üsyançıların son qalasına hücumun qarşısının alındığını qeyd edib.

İngiltərənin BBC telekanalı Rusiya və Türkiyənin İdlibdə bufer zona yaradacağını bildirib. Telekanal Ankara və Moskvanın İdlibdə dəhşətli insani fəlakətin qarşısını aldığını da qeyd edib.

Ərdoğan və Putinin İdlib mövzusunda keçirdiyi görüşü internet səhifəsində işıqlandıran Almaniyanın  Zeit qəzeti, Türkiyənin bu məsələdə rolunu xüsusi vurğulayıb. Qəzet İdlib razılaşmasını misal gətirərək, Rusiya prezidenti Putinin də gücünün sərhədləri olduğunu yazıb.

“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir”-  Zeit qəzeti belə yazıb.

“Frankfurter Rundschau” qəzeti  İdlib razılaşmasına diqqət edərək,  üsyançıların qalasına qarşı hücumun dəf olunduğunu bildirib. Qəzetin yazdığına görə, bu sazişlə Türkiyə İdlibə qarşı Rusiya təcavüzünü əngəlləyib.

Fransanın “Le Monde” qəzeti, internet səhifəsindəki xəbərdə Türkiyə və Rusiyanın razılığa gəldiyini, İdlibdə insani krizin qarşısının alındığını yazıb.

“Liberation” qəzeti  Türkiyə prezidenti Ərdoğanın həftələrdir Dəməşq rejiminin müxaliflərə yönəlik hücumunun qarşısını almağa səy göstərdiyini və lazım olan müqaviləni Putindən “qopara” bildiyini yazıb.

Xəbərdə həmçinin, Ankaranın Suriya müxalifləri içində söz sahibi olduğu, son həftələr İdlibdə keçirilən nümayişlərdə Türkiyə bayraqlarının da qaldırıldığı qeyd olunur.

Hollandiyanın NOS agentliyi isə İdlib sazişini Ərdoğanın uğuru kimi qiymətləndirib.

Avropa.info 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər