Ələt-Astara yolu pulludur? – Açıqlama

Ələt-Astara yolu pulludur? – Açıqlama
Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Bununla da yeni yol vətəndaşların istifadəsinə verilib.
Bundan əvvəl yerli KİV-lərdə yeni salınan yolun pullu olacağı haqda məlumatlar yayılmışdı.
Avropa.info xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a bildirib ki, hazırda həmin yol vətəndaşlar üçün ödənişsizdir.
Onun sözlərinə görə, yolun ödənişli olması ilə bağlı hər hansı qərar yoxdur: “Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər