Suriyada Rusiya təyyarəsinin vurulması Azərbaycanın maraqlarına cavab vermir – Ekspert rəyi

Suriyada Rusiya təyyarəsinin vurulması Azərbaycanın maraqlarına cavab vermir – Ekspert rəyi

“Rusiyanın hərbi kəşfiyyat təyyarəsi Suriya səmasında bu ölkənin raketi ilə vurulub, ancaq Moskva İsraili günahkar bilir. Çünki Moskvanın iddiasına görə İsrail hərbi təyyarələri Suriyanın Hava Müdafiə Qüvvələrini qəsdən çaşdırıblar. İsrail vurulan təyyarəyə görə Moskvadan üz istəməyib, əksinə deyib ki, baş verən hadisəyə görə İran və “Hizbullah” günahkardır”.

Avropa.info-nun məlumatına görə, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsrail təyyarələri İranın Suriyadakı mövqelərini bombalamaq məqsədilə havaya qalxıblar.

Rusiya Müdafiə Nazırliyi açıqlama verərək İsrailə qarşı adekvat addımlar atacağının anonsunu verib.

Ekspertin fikrincə, Suriyadakı müharibəyə rəğmən, Rusiya-İsrail münasibətləri bugünə qədər normal idi, Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox görüşdüyü liderlərdən biri İsrailin baş naziri Benyamin Netanyahudur.

“Ancaq vurulan təyyarə vəziyyəti qəlizləşdirdi, Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz”.

Elxan Şahinoğlu bildirib ki, İsrail üzr istəsə problem olmayacaq. Əks halda isə, gərginlik Azərbaycanın da maraqlarına cavab verməyəcək.

“Əks halda iki dövlət arasında münasibətlərdə soyuqlaşma başlayacaq. Necə ki, vaxtilə vurulan təyyarəyə görə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermirdi, eləcə də yeni vurulan təyyarəyə görə Rusiya-İsrail münasibətlərinin də gərginləşməsi bizim maraqlara cavab vermir. Tərslikdən İsrailin müdafiə naziri 5 gün Azərbaycanda qaldı, indi Moskvada bunun hansı məna kəsb etdiyi ilə bağlı baş sındırırlar”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər